Kərim Məmmədov Gəncə şəhər 27 saylı tam orta məktəbi bitirib. Vətənə, elə-obaya xeyirli övlad olmaq arzusu ilə yaşayıb. Hərbi xidmətdə olduğu müddətdə nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman və medallarla təltif edilib. Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edən Kərim təhsilini davam etdirir, gizir kimi xidmətə başlayır. Vətən müharibəsində silahını əlinə alıb döyüş meydanına atılan Kərim, oktyabrın 2-də Murov uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLiyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.