Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev fəaliyyətini başa vuran könüllülərlə görüş keçirib. Nizami Hacıyev Azərbaycan Respublikasının Qanununda öz əksini tapmış “Könüllülük fəaliyyəti haqqında” və ölkə prezidenti cənab İlham Əliyevin bu sahədə gənclərin fəal iştirakına şərait yaratmasından, həyata keçirilən dövlət proqramlarından ətraflı söz açaraq, yerli icra orqanlarının da qarşıya qoyulmuş bu vəzifəni böyük məsuliyyətlə icra etdiyini vurğuladı.
Görüşdə çıxış edən gənclər yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, 2 ay müddətində burada qazandıqları təcrübə onların gələcək fəaliyyətlərinə fayda verəcək.
Sonda fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim olunub.