Bələdiyyələr
Nizami (Gəncə ş.) bələdiyyəsi
Nizami (Gəncə ş.) bələdiyyəsi 28 May küçəsi İnzibati binada yerləşir.
Nizami (Gəncə ş.) bələdiyyəsinin ərazisi – 3982,19 hektar.
Rayonda – 7 prospekt, 193 küçə və 3 böyük yaşayış massivi yerləşir (Yeni-Gəncə, Mahrasa- bağı, Gülüstan )
Əhalinin sayı-150605 nəfərdir
Bələdiyyə üzvü - 19 nəfər
Bələdiyyə qulluqçusu -15 nəfər
Bələdiyyənin sədri - Məmmədov Qoşqar Əjdər oğlu
Bələdiyyənin sədr müavinin - Əliyev Fikrət Faxrəddin oğlu
Telefon: (022) 254-48-39 Faks (022) 264-04-55
Dövlət müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevin Yerli Demokratiyanın inkişafı istiqamətində gördüyü işlər bu gün də öz bəhrəsini verməkdədir. Ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasət bunun sübutudur.
Cənab Prezidentimiz daim qeyd etdiyi kimi müstəqil Azərbaycanın yeni tarixinin son illəri islahatlar dövrü olmuşdur. İqtisadiyyat, səhiyyə, təhsil və başqa sahələrlə yanaşı insan hüquqlarının və azadlığının təmin edilməsi istiqamətində köklü dəyişikliklər baş vermişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş ölkə bələdiyyələri illər keçdikcə möhkəmlənir və fəaliyyət dairəsini genişləndirir. Bələdiyyələr öz fəaliyyətlərində iqtisadi və sosial-inkişafa daha dərindən nüfuz edirlər.
Nizami (Gəncə ş.) bələdiyyəsinə 23 dekabr 2014-cu il tarixində keçirilən bələdiyyə seçkilərində 19 nəfər üzv seçilmişdir. Bələdiyyədə 6 daimi komissiya fəaliyyət göstərir.
Nizami (Gəncə ş.) bələdiyyəsi öz fəaliyyət dövründə daim bələdiyyənin əsasını təşkil edən büdcəsinin gücləndirilməsi məqsədi üçün yeni-yeni mənbələr axtarmaqdadır. Hal-hazırda bələdiyyə dörd mənbə hesabına formalaşır ki, bu da fiziki şəxslərdən əmlak vergisi, fiziki şəxslərdən torpaq vergisi, ödəniş və rüsumlardan olan vəsait və dövlət tərəfindən ayrılan dotasiya.
Azərbaycan Respublikası vətəndaşlarının konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlarının təmin olunmasını daim diqqət mərkəzində saxlayan ölkə prezidenti vətəndaşların müraciətlərinə baxılmasına xüsusi önəm verir. Bu baxımdan Nizami (Gəncə ş.) bələdiyyəsi öz fəaliyyət dövründə icra aparatı sistemində vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işinin təşkilində müvafiq normativ hüquqi aktların dəqiq və tam icrasını təmin etmək, bu işin səviyyəsini yüksəltmək və səmərəliyini artırmaq istiqamətində məqsədyönlü iş aparır.
Nizami (Gəncə ş.) bələdiyyəsində mədəni kütləvi tədbirlər və anım mərasimlərinin keçirilməsi daim diqqət mərkəzində saxlanılır. 20 Yanvar, Xocalı soyqrımı, 31 Mart Azərbaycanlılarının soyqrımı faciəsi ilə əlaqədar mərasimlər təşkil edilmişdir. 26 fevral Xocalı Soyqırımı ilə əlaqədar Texniki kollecin yataqxanasında məskunlaşan Xocalı köçkünlərli ilə tədbir keçirilmiş və bu görüşdə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azad Bayramov,Sevda Abdullayeva və Zümrüd Qəhramanova tərəfindən hazırlanmış “XOCALI SOYQIRIMI” adlı kitab Xocalı İcra nümayəndəsinə təqdim edilmişdir. Xalqımızın Milli bayramı sayılan Novruz bayramı, təntənəli şəkildə qeyd olunmuşdur. Gəncə Uşaq fondu ilə birgə xüsusi qayğıya ehtiyyacı olan uşaqlarla tədbir keçirilmişdir.Vətəndaşlar tərəfindən bələdiyyəyə maddi yardımla əlaqədar edilən müraciətlər imkan daxilində təmin olunmuşdur. Nizami (Gəncə ş.) bələdiyyəsi şəhərdə keçirilən iməcliklərdə mütamadi iştirak etmişdir.Hava limanı yolunda yerləşən bələdiyyənin yaşıllıq zonasında yeni ağaclar əkilmiş, ağaclara qulluq edilmiş və təmizlik işləri aparılmışdır.Bundan başqa neft baza adlanan ərazidə əkilmiş ağaclara qulluq edilmiş və orada təmizlik işləri aparılmışdır.Heydər Əliyev mərkəzində yerləşən bələdiyyəyə ayrılmış yaşıllıq ərazisində ağaclar suvarılmış və təmizlik işləri aparılmışdır.Əhalinin asudə vaxtlarını keçirdiyi və bələdiyyənin mülkiyyətinə daxil olan Novruz meydanında, İstiqlal xiyabanında və Zeynalabdin Tağıyev küçəsində yerləşən istirahət guşələrində təmir-bərpa işləri aparılmışdır. Nizami (Gəncə ş.) bələdiyyəsi özünüidarəetmə orqanı olduğu üçün onun büdcəsi əhalidən yığılan vergilər, rüsum və ödənişlərdən formalaşır. Yerli vergi ödənişi işinin daha səmərəli təşkili məqsədi ilə müvafiq tədbirlər görülməklə yanaşı əhali arasında maarifləndirmə işinin aparılması da daim diqqət mərkəzində saxlanılır.