Rayon ərazisində 41 sənaye müəssisəsi fəaliyyət göstərir. Onlardan 9-u iri, 32-si kiçik, 8-i dövlət, 33-ü isə qeyri dövlət müəssisələridir. İri müəssisələrdən 7-si dövlət, 2-si qeyri dövlətdir. Kiçik müəssisələrdən 1-i dövlət, 31-i isə qeyri dövlət müəssisəsidir.
Rayon ərazisində fəaliyyət göstərən nəqliyyat və rabitə müəssisələrinin sayı 14-dür. Onlardan 6-sı iri, 8-i isə kiçik, 2-si dövlət 12-si qeyri dövlətdir. Iri müəssisələrdən 2-si dövlət, 4-ü qeyri dövlətdir. Kiçik müəssisələrin 8-i qeyri dövlətdir.
Rayon üzrə qeydiyyatda olan tikinti müəssisələri 22, onlardan fəaliyyət göstərəni isə 8-dir və 8 kiçik müəssisədir. Bu müəssisələrdən 2-si dövlət, 6-sı qeyri dövlətdir.
Rayon üzrə fəaliyyət göstərən ticarət müəssisələrinin sayı 39-dur. Onlardan 8-i iri, 31-i kiçik, 2-si dövlət, 37-si qeyri dövlətdir.