Gəncədə vətəndaşların növbəti səyyar qəbulu 16 nömrəli tam orta məktəbdə baş tutub
2022-06-13
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbdə növbəti dəfə vətəndaşlarla görüşüb. Qəbulda Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, millət vəkili Müşfiq Cəfərov, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər. Görüşdən əvvəl Vətən müharibəsi şəhidlərini əls etdirən xatirə lövhəsi ziyarət edilib, önünə tər çiçəklər düzülüb
Səyyar görüşdə iştirak edən şəhər sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi, su və kanalizasiya xəttinin çəkilməsi, sərnişindaşıma nəqliyyat vasitələrinin hərəkət xəttinin uzadılması, küçələrdə işıqlandırma sisteminin quraşdırılması və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.