Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev vətəndaşların həftəlik qəbulunu həyata keçirib. Qəbulda Aparatın məsul əməkdaşları və SİƏD üzrə nümayəndələri iştirak ediblər.
Bu həftə keçirilən qəbulda rayon sakinlərinin müraciətlərini əsasən təqaüd, sosial müavinət və qəyyum təyin edilməsinə köməklik göstərilməsi, məşğulluq, torpaq sahəsi, evlə təmin olunma, torpaq layihəsinin çəkilməsinə köməklik göstərilməsi, smart-kart tipli sayğacın quraşdırılması və s. təşkil edib.
RİH başçısı Nizami Hacıyev səsləndirilən müraciətləri yerindəcə müzakirəyə çıxararaq, aidiyyəti üzrə əməkdaşlarla birgə araşdırıb.
Araşdırlan məsələlər yerindəcə həll olunmaq üzrə sənədləşdirilib. Müraciətlərin bir qismi isə RİH səlahiyyətləri çərçivəsində olmadığından vətəndaşlar aidiyyəti üzrə müraciət etmələri yönündə maarifləndirilib.