Bu gün şəhid Mustafayev Elvin Fuad oğlunun şəhadətinin ildönümü qeyd olunub. Gəncə Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Aparatın məsul əməkdaşları və SİƏD üzrə nümayəndəsi, Nizami Rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev, şəhidin yaxınları və digər şəhər ictimaiyyəti nümayəndələri iştirak ediblər.
44 günlük Vətən müharibəsində E.Mustafayev Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 30 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.
28 aprel 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin!