05.03.2022-ci il tarixində Gəncə Şəhər Nizami Rayon İcra Hakimkiyyətinin başçısı Nizami Hacıyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə icra hakimiyyətində çalışan xanımları, həmçinin RİH nəzdində fəaliyyət göstərən “Dost İş MMC”-nin qadın əməkdaşlarını dəyirmi masa arxasında təbrik edib.
N.Hacıyev tarix boyu öz milli xüsusiyyətləri ilə seçilən qəhrəman Azərbaycan qadınlarının, şəhid analarının, ölkənin Birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Xanm Əliyevanın timsalında bütün qadınların bayramını təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzu edib.