Gəncə Şəhər Nizami Rayon İcra Hakimkiyyətinin başçısı Nizami Hacıyev növbəti həftənin vətəndaş qəbulunu həyata keçirib.
Rayon sakinlərinin müraciəti əsasən elektrik, qaz xətti və hasarın çəkilməsi, torpaq sahəsi və ev təminatı, müalicə və maddi yardımla bağlı köməklik göstərilməsi, qonşular arasındakı mübahisəli məsələlər, təyin olunmuş qəyyumluğun ləğvi və işsizliklə bağlı olub.
Nizami Hacıyev aparatın məsul işçilərinə səsləndirilən müarciətlərin RİH səlahiyyətləri çərçivəsində yerindəcə araşdırılması və həllinə dair tapşırıqlar verib.