Gəncədə Türkəyinin Ankara şəhər xəstəxanası “MedicalPark”ın rəsmi tərəfdaşlığı ilə ANKARA MEDİC LAB klinikası fəaliyyətə başlayıb. Kliniknanın açılış mərasimində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zəki Öztürk, Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov iştirak ediblər.
Klinikanın icraçı direktoru Şahin Eyyubov klinikada göstəriləcək xidmətlər barədə ətraflı çıxış edib. Bildirilib ki, klinika Laboratoriya, Ginekologiya, Urologiya, Endokrinologiya, Kardiologiya, Terapiya, USM kimi xidmətlərlə əhalinin istifadəsində olacaq.
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev öz çıxışında bu kimi tədbirlərin həm əhalinin yeni texnologiyalar və peşəkar həkimlər tərəfindən müayinə və müalicə olunmaları, həm də rayon ərazisində yeni invetsiyaların qoyulması, yeni iş yerlərinin açılması yönündə mühüm hadisə olduğunu qeyd edib.