Bu gün şəhid İbrahimov Murad Valeh oğlunun ildönümü keçirilib. Gəncə Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə Şəhər Nizami Rayon şöbəsinin rəisi Lətif Heydərov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev, Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, şəhidin ailə üzvləri və şəhər ictimaiyyəti şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül əklilləri və çiçəklər düzüblər.
M. İbrahimov 2014-cü ildən MAHHX HQ kimi Azərbaycan Ordusunda xidmətə başlamışdır. O, Vətən müharibəsində iştirak edərək, Kəlbəcər rayonu və Xocavənd istiqamətlərində gedən döyüşlərdə yer almışdır.
3 oktyabr 2020-ci il tarixində Kəlbəcər rayonunun Qaragöl istiqamətində (Çınqıllıq adlanan ərazi) şəhid olmuşdur.
23 yanvar 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin!