Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin rəisi Knyaz Həsənov, Kəpəz Rayon Bələdiyyəsinin sədri Yaşar Abdullayev, komissarlıq və polis orqanlarının şəxsi heyəti, müharibə veteranları və qazilərinin iştrakı ilə 20 Yanvar abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsi dərin ehtiramla yad edilib.