Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev rayon sakinlərinin növbəti qəbulunu həyata keçirib.
Qəbulda Aparatın sektor müdiri T.Süleymanov, sənədlərlə və vətəndaşların müraciətlərı ilə işin aparıcısı Y. İsmayılova, hüquqşünas S.Abdullayev, informasiya təminatı və inkişaf proseslərinin təhlili üzrə işin aparıcısı Ş.Nağıyeva və Nizami Rayon Bələdiyyəsinin sədr müavini F.Əliyev iştirak ediblər.
Sakinlərin müraciətləri ev növbəliliyi, məşğulluq, səhiyyə, məhkəmə işi və təzminatın ödənilməsi ilə bağlı mübahisəli məsələlərdən ibarət olub.
RİH başçısı N,Hacıyev qaldırılan məsələlərin həlli ilə bağlı məsul şəxslərə tapşırıqlar verib.
Rayon İcra Hakimiyyətinin səlahiyyətlərində olmayan müraciətlər aidiyyəti üzrə yönləndirilmişdir.