Qəbulda Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, 1 saylı SiƏD üzrə nümayəndə Cavid Kazımov, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə işin aparıcısı Kənan Məmmədov və aparatın digər məsul işçiləri iştirak ediblər.
Rayon sakinlərinin müraciətləri əsasən torpaq məsələləri, məşğulluq, səhiyyə, təqaüdün təyin olunmasına və qaz sərfiyyatının ödənişinə köməklik göstərilməsi ilə bağlı olub.
Qaldırılan məsələlərin həllinə dair RİH başçısı N.Hacıyev tərəfindən yerindəcə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olmayan məsələlər isə aidiyyəti üzrə yönləndirilib.