Gəncənin müxtəlif hissələrində mütəmadi olaraq iməcliklər təşkil olunur, ərazilər tullantılardan təmizlənir, ağaclar əkilir, yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti “DOST İŞ MMC”-nin əməkdaşları ilə birgə növbəti abadlıq və təmizlik işlərini Gülüstan yaşayış massivi və Nizami prospekti (köhnə Şəmkir avtovağzalının qarşısı) ərazisində, o cümlədən şəhid İbrahimov Valeh Murad oğlu və Süleymanov İlyas Sabuhi oğlunun xatirəsinə inşa edilmiş ehsan bulağının qarşısında həyata keçirib. Sözügedən ünvanlarda, ərazi zibil tullantılarından təmzilənib, bardurlar və skamyalar rənglənib, divarlar emusiyalanıb, yeni ağaclar və gül kolları əkilib.