5 mart tarixində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda RİH Aparatının məsul işçiləri də iştirak edib. Vətəndaş qəbulu Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun və fərdi şəkildə aparılıb.
Vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.
Müraciətlərin əksəriyyətini isə, 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində Ş.İ.Xətai pospekti, Rüzigar Qasımov, Rəsul Rza, 20 Yanvar və Əhməd Cəmil küçələrindəki müvafiq ünvanlarda yaşayan, evlərinə zərər dəymiş vətəndaşların məsələləri təşkil edirdi.
RİH başçısı Nizami Hacıyev səsləndirilən məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verərək, aidiyyəti şəxslərə müraciətlərin Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsini, araşdırılma aparılmasını və nəzarətdə saxlanmasını tapşırıb.