Qəbul Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev tərəfindən fərdi qaydada keçirilib.
Müraciətlər əsasən işlə təmin olunma, torpaq sənədləşdirilməsi, qaz təminatı ilə bağlı olub.
Münəvvər Rzayeva küçəsinin sakini Vüsal Mirzəyev küçə sakinləri adından orada aparılan işıqlandırma sistemlərinin quraşdırılması və digər abadlıq işləri ilə bağlı rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. Hal-hazırda həmin küçənin giriş hissəsindəki beton maneənin aradan qaldırılması ilə bağlı köməklik göstərilməsinin xahiş edib.
M.A.Abbaszadə küçəsində yerləşən 50 mənzilli binanın sakinləri qaz probleminin aradan qaldırılması və sayğaclarının quraşdırılması ilə bağlı öz razılıqlarını ifadə ediblər.
Yerində öz həllini tapan müraciətlərlə yanaşı, araşdırılması vacib olan məsələlər isə aidiyyəti qurumlar üzrə yönləndirilib.