Tibbi-profilaktik tədbirlər çərçivəsində Nizami rayonu ərazisində dezinfeksiya işləri həm açıq həm də qapalı məkanlarda aparılır.
Vətəndaşların sıx toplaşdığı yerləri nəzərə alaraq idarə və müəssisələrin mütəmadi dezinfeksiya olunması sağlamlıq üçün vacibdir. Bununla əlaqədar olaraq Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən ətrafında yerləşən idarə və müəssisələrdə növbəti dezinfeksiya işləri aparılıb. İnzibati binaların ərazisi, otaqlar, konfrans zalı, dəhliz və pilləkənlər zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiya olunub.