Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə elan olunmuş xüsusi karantin rejimi müddətində aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara şəhər rəhbərliyi tərəfindən ərzaq yardımı ilə dəstək olunması davam etdirilir.
Vətəndaşlara ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır.